Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Dram Teatrında “Mövsüm Bağlanış Həftəsi” yekunlaşıb

164 Baxış

Turanmedia.az xəbər verir ki, 10-13 iyul tarixləri ərzində Mingəçevir Dövlət Dram Teatrının kollektivi 4 tamaşanın premyerası və “Bədii qiraət festival- müsabiqəsi” ilə tamaşaçılar qarşısına çıxıblar.

10-12 iyul tarixlərində Görkəmli Azərbaycan dramaturqu S.S.Axundovun -“Tamahkar” (rejissor: Azərbaycan Respublikasının Xalq artisti Valeh Kərimov), aktyor R.Rəhmanovun (Azərbaycan Respublikasının Əməkdar artisti)- “Odunçunun nağlı” kukla tamaşası (rejissor: İlqar Rəhimov) və gənc dramaturq Elçin Məhərrəmlinin – “Yaddaş. Təqvim və Kukla” (rejissor: Vüsal Mehrəliyev) eksizsential dramı nümayiş olunub. Maraqlı rejissor yozumu, cəlbedici aktyor oyunu ilə bütün tamaşalar auditoriya tərəfindən rəğbətlə qarşılanıb.

13 iyul tarixində isə Mingəçevir Dövlət Dram Teatrının “Təmiz Diksiya” devizi altında” Bədii qiraət festival-müsabiqəsi keçirilib. Festival-müsabiqədə Azərbaycan klassik və müasir poeziyasının nümunələri səsləndirilib.

Festival-müsabiqənin məqsədi aktyorların səhnədə danışıq normalarına riayət etməsini təmin etmək, danışıq zamanı istifadə etdikləri məhəlli sözlərdən qismən təmizlənməsinə yardımçı olmaqdan ibarət olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678