Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Expressbank”ın Gəncə filialı yeni ünvanda!

161 Baxış

Vətən Müharibəsində bütün Azərbaycan xalqı kimi, gəncəlilər də öz rəşadət və qəhrəmanlıqlarını bir daha sübut etdilər. Biz də, “Expressbank” olaraq ölkəmizin ən qədim şəhərlərindən biri olan Gəncədə 10 ildən artıqdır ki, filialımızın fəaliyyət göstərməyindən xüsusi qürur duyuruq.

İndi isə “Expressbank”, Gəncə şəhərində yerləşən filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim edib. Bankın yeni təmirdən çıxmış filialı daha geniş, işıqlı, rahat olması ilə yanaşı, burada həm də, xidmət və gözləmə vaxtlarının qısaldılması və bank xidmətlərinin daha əlçatan olması məqsədi ilə bir sıra əlavə tədbirlər görülüb.

Hər zaman xidmət səviyyəsinin keyfiyyəti ilə seçilən “Expressbank”ın  Gəncə filialı, fiziki və hüquqi şəxs müştərilərinə geniş çeşidli universal bank xidmətlərini təqdim edir.

Belə ki, rahatlığı ilə yanaşı həm də, müasirliyi ilə seçilən bankın, bütün filiallarında olduğu kimi Gəncə filialında da, müştərilərə kassa hesablaşma əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal ödənişlər,  pul köçürmələri, valyuta əməliyyatları, plastik kartların satışı da daxil olmaqla bütün bank xidmətləri göstərilir.

Bundan əlavə, bankın Gəncə filialı hüquqi şəxs müştərilərinə bizneslərini inkişaf etdirmək məqsədi ilə sərfəli şərtlərlə, pandemiyadan zərər çəkmiş sahibkarlara isə subsidiyalı, yəni güzəştli kreditlər təklif edir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678