Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xəstəlik imkan vermir” – Manaf Ağayev

42 Baxış

“Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu, səs yazısı və ya yazışma varsa qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Həmin Zaur” verilişində deyib.

O, həmkarları Zamiq Hüseynov, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə haqda qeyri-etik ifadələr işlətməsi iddiasına cavab verib.

“Adıçəkilən müğənnilər dostumdur, heç vaxt onlar haqqında mənfi danışmamışam. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678