Aynişan şəxsi həyatı ilə bağlı sualları cavablandırdı

10 Baxış

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial media hesabında şəxsi həyatı ilə bağlı sualları cavablayıb.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, o, “Aynişandan yaxın zamanda eşq gözləyək?” sualına belə reaksiya bildirib:

“Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə gəlmir. Amma iş nə qədər çox çalışıb, istəsən, bir o qədər artar. Hər gün işimin olduğu üçün şükür edirəm”.

Aynişan qadın xoşbəxtliyini nədə gördüyünü bu fikirlərlə izah edib:

“Sadəcə xoşbəxtlik var. Ailə harmoniyası. Özünü sevilən, uğurlu və xoşbəxt hiss etmək, həyatın hər anından həzz almaq. Bu, istənilən insana dəstəkdir. Dünyada heç nə qarşılıqlı sevgidən gözəl ola bilməz”.