Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ömrümü kinoya həsr etməyə dəyərmiş” – Vaqif Mustafayev

34 Baxış

“Mən bugünkü tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr eləməyimə dəyərmiş”.

Turanmedia.az Axşam.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev 70 illik yubileyi münasibətilə keçirilən gecədə deyib.

“Filmlərimdə Qarabağın azad olunmasına dair ştrixlər hələ 90-cı illərdən olub. Bu gün isə artıq bu məsələ öz həllini tapıb”, – rejissor əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Mustafayev mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678