Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xalq artistləri narazılıq etdilər – Akademik status istəyirlər

32 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev işlədiyi mədəniyyət ocağının Akademik status almamasından gileylənib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Aktyor sosial şəbəkə hesabında bu barədə status yazıb.

“Keçən mövsüm Mehriban xanım Ələkbərzadənin bizim teatrda hazırladığı “V.X.A” tamaşasının məşqləri fasiləsiz, naharsız 8, bəzən də 10 saata yaxın davam edirdi. Düzdür, nəticə çox uğurlu və ürəkaçan oldu.Və tamaşaçılar dörd saatdan artıq davam edən tamasanı çox rahat və sevərək qarşıladılar. Bu öz yerində. Məni bir məsələ düşundürür. Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statüsü yoxdur? Məsələn, Milli, Akademik v.s. Görəsən axı, nəyə görə yoxdur?”

Onun bu statusuna cavab olaraq həmkarı, həmin teatrın aparıcı aktrisalarından biri, Xalq artisti Naibə Allahverdiyeva da fikir bildirərək, dəstəyini ifadə edib.

“Gənc Tamaşaçılar Teatrının tamaşalarının 90% -i Akademik səviyyədə olan tamaşalardır. Hətta, elə olub ki, başqa teatrların rejissorları bizim tamaşalardan bəhrələniblər, o üslubda öz teatrlarında tamaşa qoyublar. Gənc Tamaşaçılar Teatrı çoxdan Akademik statusa layiqdir və bu həm maddi, həm mənəvi cəhətdən aktyorlarımıza dəstəkdir. Çünki Akademik statusu olan teatrın aktyorları bizim aktyorlardan qat-qat artıq maaş alırlar. Sağlıqlarına qismət. Sözün açığı, teatrımızın heç bir statusa malik olmaması məni incidir”,- deyə o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678