Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Disney” “Piter Pan” və “Dambo” cizgi filmlərinə məhdudiyyət qoydu – FOTO

164 Baxış

“Disney” yayım xidməti yeddi yaşınadək uşaqlar üçün “Dambo”, “Piter Pan”, “Aristokrat pişiklər” cizgi filmlərinə və “İsveçrəli Robinzon ailəsi” filminə baxmaq üçün yaş məhdudiyyəti qoyub.

Bu barədə “Daily Mail” xəbər yayıb. Qərara səbəb kimi sözügedən filmlərdə irqçilik göstərilib.

Sayt “Piter Pan”ın “Redskins” adlanan hindu qəbiləsini təsvir etdiyi üçün bloklandığını iddia edib.

“Aristokrat pişiklər”ə gəldikdə isə, qəhrəmanlardan birinin əyri gözləri və diş çıxıntıları “Disney”in xoşuna gəlməyib. Yayım xidməti hesab edir ki, bununla “Şərqi Asiya xalqlarının karikaturası” çəkilib.

“Dambo”da cənub plantasiyalarında afro-amerikalı işçilərin lağa qoyulduğu bildirilib, çünki kadrlardan birində qaradərili işçilər mahnılarında belə bir ifadə işlədirlər: “Qazancımızı alanda bütün pulları israf edirik”.

“İsveçrəli Robinzon ailəsi” filmi isə “sarı və qara” üzlü pirat obrazına görə tənqid olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678