Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur aktrisa ekstravaqant geyimi ilə təəccübləndirdi – FOTO

168 Baxış

“Böyük şəhərdə sevgi” serialı ilə məşhurlaşan Sara Cessika Parker artıq öz biznesini qurub. Aktrisa Nyu-Yorkun mərkəzində butik sahibidir.

“StarNews”un məlumatına görə, bu səbəbdən adətən işə gedərkən paparazilərin hədəfinə tuş gələn Parker son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

55 yaşlı ulduz retro stildə parlaq güllü sarafan və uzunqol dama-dama köynəkdə görünüb. Onun çəhrayı qolfları və dikdaban ayaqqabısı isə obrazına originallıq qatıb.

Onun bu obrazı pərəstişkarlarının bəziləri tərəfindən yüksək qiymətləndirilsə də, bir çoxları bu imici ona yaraşdırmayıb. Tənqidçilər “Böyük şəhərin seksual füsünkarı”nın stilindən heç nə qalmadığını təəsüflə qeyd ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678