Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anar Kərimov: “Nizami kimi şəxsiyyəti dünyaya tanıtmaq türk dünyasının vəzifəsidir”

170 Baxış

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən (TÜRKSOY) Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov çıxış edib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Nizami Gəncəvi ili” elan edilib:

“Məqsədimiz Nizami Gəncəvinin əsərlərini, əsərlərində yer alan dəyərləri ölkəmizdə və dünyada tanıtmaqdır. TÜRKSOY-un bu təşəbbüsə qoşulması təqdirəlayiqdir. Hesab edirik ki, dahi şairimiz türk dünyasının və bəşəriyyətin fəlsəfi fikrinə böyük bir töhfə verib. Azərbaycan və türk dünyasının vəzifəsidir ki, belə bir şəxsiyyətləri dünyaya tanıdaq”.

A.Kərimov əlavə edib ki, bu il ərzində türk dünyasının Nizami kimi şəxsiyyət yetişdirdiyini göstərmək üçün planetmizin müxtəlif yerlərində şairin əsərləri, dəyərləri təbliğ ediləcək.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678