Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın Əməkdar artisti xəstəxanaya yerləşdirildi – FOTO

180 Baxış

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı – Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik”, – o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678