Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağalarovdan etiraf: Bunu Trampdan öyrənmişəm!

105 Baxış

Azərbaycanın xalq artisti Emin Ağalarov “Forbes Life” jurnalına geniş müsahibə verib..

Turanmedia.az Sfera.az-a istinadə xəbər verir ki, Emin Ağalarov müsahibəsində Moskvada yeni açdığı “Peach” (“Şaftalı”) restoranı barədə danışıb.

Ağalarov deyib ki, markanın arxasında bir insan varsa, xüsusən də söhbət restoran biznesindən gedirsə, onu tanıtmaq daha asandır:

“Bu brendlərin siması olduğuma inanıram. Yəni Ağalarovun restoranları. Yeni restoran açdığımı videoda elan edib insanları ora dəvət etsəm, bu, onlar üçün keyfiyyət əlamətidir. Zəhərlənməyəcəklərinə, xidmətin yaxşı olacağına, çox güman ki, dadlı olacağına inamdır. Hər kəsin subyektiv fikri var, kiminsə xoşuna gəlməyə bilər, amma ümumiyyətlə, başa düşürəm ki, izləyicilərimin çoxu gedib yeni bir şey sınayacaqlar, çünki artıq məni tanıyırlar. Əslində, mən bunu hər yerdə soyadını başlığa yazan Donald Trampdan öyrənmişəm”.

Emin Ağalarov daha sonra qeyd edib ki, dünyanın ən yaxşı restoranlarında belə nöqsanlar baş verir:

“Bundan yayınmaq olmaz, bu insan faktorudur. Mən bunu sakit qəbul edirəm, idarəçilərimi danlamıram, çünki bir gündə 1000 və ya 1500 nəfər restorana gələ bilər – hamını qane etmək mümkün deyil. Mən özüm restoranda qarderob, ofisiant köməkçisi işləmişəm. Bu, yaradıcı prosesdir. Narazılıq bəzən obyektiv, bəzən də subyektiv olur. Subyektiv olduqda – tamam, obyektiv olduqda – düzəltmək, nəticə çıxarmaq və təkmilləşdirmək lazımdır”.

Xalq artisti öz işçiləri haqqında da danışıb:

“İrəliləyiş görsəm, onlara limitsiz şans verməyə hazıram. İnsan bir dəfə səhv edibsə, onu işdən çıxarmaram. 22 ilə yaxındır işləyirəm, şəxsi biznesimdə ümumilikdə 5000-ə yaxın insan işləyir və bütün bu müddət ərzində bəlkə də on işçini işdən çıxarmışam”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678