Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya MN müharibədə yüksək rütbəli zabitlərinin öldüyünü açıqlayıb

41 Baxış

Xüsusi əməliyyat zamanı R4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov və ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Makarovun ön cəbhədə olduğu və döyüşə şəxsən rəhbərlik etdiyi qeyd edilib.

“Üçüncü hücum zamanı briqada komandiri ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib”, – məlumatda bildirilib.

Həmçinin, çoxsaylı qəlpə yaraları alaraq bu ərazidə müdafiəyə rəhbərlik edən polkovnik Brovko dünyasını dəyişib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678