Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əgər 2 min ədəd “Leopard” Ukraynaya verilməsə…

73 Baxış

Qərb rəsmiləri Ukraynanın irimiqyaslı tank və digər zirehli texnikalar çatdırılmadan Rusiyanın ələ keçirdiyi əraziləri azad edə biləcəyinə inanmır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Quardian” nəşri yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, hazırda Rusiya və Ukrayna qüvvələri təxminən bərabərdir və bu isə ukraynalılara böyük hücuma keçməyə imkan vermir:

“Ukraynalılar ötən illə müqayisədə güc balansında dəyişiklik etmədən əhəmiyyətli əraziləri geri ala bilməyəcəklər. Ruslar və ukraynalılar arasında güc balansı çox incə balanslaşdırılıb”.

Həmsöhbətlərin fikrincə, ən real variant Ukraynanı təxminən 2 min ədəd alman “Leopard”ları ilə təmin etməkdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678