Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vaşinqton Kiyevə hücuma keçməyi təklif edib

79 Baxış

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma keçməyi tələb edib və Avropa ölkələrindən hərbi yardımın azaldılması ehtimalı barədə xəbərdarlıq edib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə bazar günü ABŞ-ın “Politico” qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyası təcili olaraq prezident Volodimir Zelenskinin administrasiyasından əldə olunan nailiyyətləri möhkəmləndirməyi və ola bilsin ki, əks-hücum həyata keçirməyi tələb edib”, – nəşr yazıb.

Bildirilib ki, Ağ Ev həmçinin Zelenskinin köməkçilərinə Vaşinqton və Avropadan hərbi yardımın sərbəst şəkildə daxil olduğu vaxtda hücum əməliyyatına hazırlaşmağı tapşırıb. Çünki Ukraynanın avropalı müttəfiqlərinin dəstəyini azaltmaq riski var


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678