Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şimali Koreyadan koronavirus peyvəndi hazırlayan şirkətə haker hücumu

155 Baxış

Şimali Koreya hakerləri Oksford Universiteti ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlayan “AstraZeneca” şirkətinə kiberhücum təşkil ediblər.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edir ki, hakerlər özlərini digər şirkətlərin əməkdaşları kimi qələmə verərək “LinkedIn” sosial şəbəkəsindən “AstraZeneca”nın əməkdaşları ilə əlaqə saxlayıb, onlara yeni iş yerləri təklif ediblər. Hakerlər vakansiya ilə bağlı sənəd göndərərək şirkətin əməkdaşlarının kompüterinə daxil olmağa cəhd göstəriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678