Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sərhəd toqquşması: Bakı üçün bir yol qalır

50 Baxış

Ordumuz daha bir şəhid verib, sərhəddə döyüşlər davam edir: Ermənistanın komando-qərargah avtomobili məhv edilib, ermənilərin dayaq məntəqəsinin yandığı görüntüləri də yayılıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı ötən gecə Ermənistanla sərhəddə (Basarkeçər istiqaməti) davam edən erməni təxribatı və ona verilən hərbi cavabla bağlı qeyd edib.

“İrəvan sülh istəmir, 30 illik uzatma taktikasından yenə istifadə edir, prosesin xeyirlərinə dəyişə biləcəyini düşünürlər. Hərçənd, Ermənistanı hərbi zərbələrlə də tərbiyə etməyin mümkün olmayacağı fikri hər keçən gün güclənir. Azərbaycan üçün bir yol qalır: danışıqlar masası davam etsə də, hədəflərinə praktiki addımlarla çatmaq və İrəvana qarşı siyasi-iqtisadi təcrid strategiyasını daha da genişləndirmək”, – politoloq qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678