Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Reznikov F-16-ların Ukraynaya təhvil veriləcəyi vaxtı açıqladı

36 Baxış

“İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksi Reznikov jurnalistlərə açıqlaması zamanı deyib.

F-16 təyyarələrinin texniki xidmət göstərə, təmir edə və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən Reznikov pilotlarla yanaşı mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.
Reznikov Ukrayna səmasında F-16-ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk F-16-ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678