Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

133 Baxış

“Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır:

“Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir”.

“Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir.

Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir”, – deyə o vurğulayıb.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678