Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qriqoriy Trofimçuk: “Ermənilər İrəvan kafesində oturaraq müharibə etmək istəyirlər”

148 Baxış

“Paşinyan elə onu lənətləyən ermənilər üçün müəyyən dərəcədə faydalıdır. O, heçdən daha yaxşıdır, ən azı ölkəsini parçalanmadan qoruyur”.

Bu sözləri “Avrasiya İdeyaları Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk Caliber.Az-a Qarabağla bağlı razılaşmaların reallaşması üçün Nikol Paşinyanın faydalı olub-olmaması ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın indiki baş naziri formal olaraq faydalıdır, çünki o olmadan vəziyyət bütün istiqamətlərə axmağa başlayacaq.

“Ancaq digər tərəfdən, ermənilər yenicə itirdikləri ərazilərin qaytarılması uğrunda mübarizə aparmaq fikrində deyillərsə, onda yeni mübariz “varçapet”ə nə ehtiyacları var? Onlar isə açıq-aydın döyüşmək istəmirlər. Daha doğrusu, sözdə hamı hazırdır, amma əslində heç kim həyatını real müharibədə verməyə razı deyil. Onlar elə şəkildə müharibə aparmaq istəyirlər ki, əvvəlki kimi İrəvan kafelərində otursunlar və cəbhədə baş verənləri şərh etsinlər. Ancaq bu artıq belə alınmaz. Paşinyan da bunu çox yaxşı başa düşür. Bu amil, demək olar ki, heç nəyi dəyişməyəcək hansısa növbədənkənar seçkilərdən daha vacibdir”.

Ekspertin sözlərinə görə, Paşinyan üçün problem ancaq ondadır ki, başını daha çox “balta altında” əymək məcburiyyətində qalıb, çünki noyabr ayındakı bəzi razılaşmalar (söhbət hər şeydən əvvəl Zəngəzurda kommunikasiyalardan gedir) hələ də yerinə yetirilməyib.

Müsahibənin tam mətni ilə Caliber.az saytında tanış ola bilərsiz. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678