Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsveç azərbaycanlıları konqresinin rəhbəri: “Azərbaycan reallığı erməni təxribatına qalib gəldi” – VİDEO

136 Baxış

Ölkəmizdə səfərdə olan İsveç Azərbaycanlıları Konqresinin (İAK) rəhbəri Emil Mirzəyev Baku TV-nin qonağı olub. 

Söhbət zamanı İsveç cəmiyyətinin xarici vətəndaşlara münasibətindən danışan həmyerlimiz Skandinaviya ölkəsində yaşamağın o qədər də asan olmadığını bildirib: 

“Ümumilikdə İsveç qəliz dövlətdir. Təxmini 10 milyon əhalisi olan kiçik ölkədir. Özünəməxsus mədəniyyəti var. İsveçlilər bir az soyuqqanlıdırlar. Buna görə onların etibarını qazanmaq lazımdır ki, səni eşitsinlər və anlasınlar. Miqrantların sayı çoxdur və əksəriyyəti inteqrasiya etmir, yalnız öz mədəniyyəti və mentalitetləri ilə yaşayır. Bu isə isveçlilərin xoşuna gəlmir”. 

Söhbət zamanı E.Mirzəyev İsveçdəki Azərbaycan konqresinin müharibə zamanı fəaliyyətindən danışıb. O, isveçlilərin Azərbaycanın Qarabağ müharibəsindəki qalibiyyətinə sevindiklərini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678