Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir – VİDEO

125 Baxış

Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.

İxtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib.
Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb.

Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma hədlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678