Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdam Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayılıb – VİDEO

170 Baxış

Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev şəxsi “Twitter” səhifəsində Ağdamdakı Cümə məscidinin 2018-ci ildə çəkilmiş videogörüntülərini paylaşıb.

Bu görüntülər tarixi abidənin ermənilər tərəfindən donuz tövləsi kimi istifadə olunduğunu bir daha sübut edir.

İşğal illərində məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Another video (from 2018) of how the #Azerbaijani Juma Mosque in #Aghdam was desecrated during #Armenia’s occupation, used as a pigsty. pic.twitter.com/bAW6bmjyqN

— Nasimi Aghayev ?? (@NasimiAghayev) May 7, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678