Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb – FOTO

129 Baxış

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678