Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad edilmiş ərazilərdəki su ehtiyatları hansı vəziyyətdədir? – MÜSAHİBƏ + FOTO

156 Baxış

BMT-nin Baş Assambleyasının 22 fevral 1993-cü il 47/193 nömrəli qətnaməsinə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan edilib.

Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov Oxu.Az-ın suallarını cavablandırıb:

– Hazırda Azərbaycanda nə qədər su anbarı var? Yeni su anbarlarının inşası barədə məlumat var idi. Hazırda məsələ nə yerdədir?

– Azərbaycanın su ehtiyatları çaylarda, dağlarda, buzlaqlarda, su anbarlarında və göllərdə formalaşıb. Yeraltı sular bütün ölkənin su fondunu təşkil edir və dövlət tərəfindən mühafizə olunur. Ümumi su anbarlarının sayı 140-a yaxındır. Hazırda su anbarlarında su kifayət qədərdir. Mingəçevir su anbarında ötən ilin müvafiq dövrü ilə nisbətdə təxminən bir milyard kubmetr əlavə su toplanıb. 

Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub. Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay və digər ərazilərdə yeni su anbarları inşa ediləcək.

– Ölkədə su ilə bağlı Milli Strategiya hazırlanır. Sənəd nə zaman hökumətə təqdim ediləcək?

– Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq ekspertlərin iştirakı ilə birlikdə su ilə bağlı Milli Strategiya hazırlanıb. Rəy və təkliflər üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Hazırda sənəd təkmilləşdirilir. Müvafiq qurumların müsbət rəyindən sonra sənəd hökumətə təqdim olunacaq.

Strategiyanın tətbiqi ilə qanunvericilikdə, beynəlxalq yanaşmada, idarəolunma prinsiplərində müəyyən tələblər qoyulur. Strategiya gələcəyə baxış və ölkədə su ilə bağlı üzləşdiyi problemin aradan qaldırılmasına yönəlmiş bir sənəddir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678