Vasif Talıbov daha bir vəzifəsini itirə bilər – Deputat Milli Məclisdə təklif etdi ki…
80 Baxış
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olunub.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Elman Nəsirov çıxış edib.
Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”.
Qeyd edək ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublıikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovdur.