Paşinyan Makrona Laçın yolundakı durumdan danışdı
90 Baxış
Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Tərəflər Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Rəsmilər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.