Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Buna görə Bakının şikayətini heç eşitmədik – Zaxarova

67 Baxış

Avropa İttifaqının müşahidə missiyasını Ermənistana göndərməklə Brüsselin açıq-aşkar məqsədi regionda formalaşmış təhlükəsizlik sistemini dəyişdirməkdir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün bildirib.

“Əgər bu cür bəyanatlarla Avropa İttifaqının regionda iştirakına haqq qazandırmağa cəhd edilirsə, o zaman bunu uğurlu hesab etmək çətindir. Rusiya sülhməramlıları Qarabağda sülhü təmin edir, Ermənistan ərazisində, o cümlədən Ermənistan-Azərbaycan sərhəd zolağında hərbçilərimiz və sərhədçilərimiz fəaliyyət göstərir. Bu münasibətlə heç vaxt Bakının qorxusunu, şikayətini eşitməmişik. Eyni zamanda Aİ-nin Ermənistana müşahidə missiyası göndərmək qərarına Bakının tənqidi münasibətindən xəbərdarıq. Görünən odur ki, Brüsselin məqsədi regionda formalaşan təhlükəsizlik sistemini dəyişməkdir”, – deyə M.Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, sabitliyin təməl daşı Rusiya hərbçilərinin və sərhədçilərinin bölgədə olması, Ermənistanın KTMT-yə üzv olması və üç ölkənin qəbul etdiyi qərarların praktiki olaraq həyata keçirildiyi siyasi iradədir.

“İrəvanda bunun başa düşüldüyünə və nəzərə alındığına inanmaq istəyi var. Biz erməni tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli şəkildə dialoqa açığıq”, – deyə Mariya Zaxarova bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678