Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın Bakı və İrəvan səfirləri arasında Zəngəzur qalmaqalı

52 Baxış

“Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsində dəhliz məntiqinin əleyhinədir”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin 24news.am-a müsahibəsində deyib.

“Moskva bu məsələ ilə bağlı dəfələrlə çıxış edib, heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”, – deyə o qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Zəngəzur dəhlizi ilə bağlı sözlərini şərh edən Kopırkin qeyd edib ki, Bakıdakı Rusiya diplomatı sadəcə regionda iqtisadi, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılmasından danışıb və diplomat həmkarını təkzib edib.

“Və bu məntiqi bütün tərəflər qəbul edir”, – deyə İrəvandakı səfir əlavə edib.

Xatırladaq k, bir müddət əvvəl Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov yerli mətbuata müsahibəsində Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünə əmin olduğunu qeyd etmişdi.

“Üçlü qrup əslində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə çatıb. Bu layihənin həyata keçirilməsi üçün bütün əsaslar var. Zəngəzur dəhlizinin açılması mümkündür”, – səfir demişdi.(modern.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678