Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrovla Çavuşoğlu Bakı ilə bağlı nəyi müzakirə edəcək?

61 Baxış

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə ikitərəfli və beynəlxalq məsələlər üzrə geniş spektrli gündəmi müzakirə etmək üçün bu gün Türkiyəyə ikigünlük səfər edəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Aprelin 6-7-də reallaşacaq səfər çərçivəsində aktual regional və beynəlxalq məsələlərin geniş spektri müzakirə olunacaq. Tərəflər Ukrayna, Cənubi Qafqaza, xüsusən də Ermənistanla Azərbaycan arasındakı sülh sazişini, Yaxın Şərq və Şimali Afrika regionunda, Mərkəzi Asiya və Qara dəniz regionunda vəziyyətlə bağlı “saatların sinxronizasiyası”nı həyata keçirəcəklər.

Xarici işlər nazirləri Moskvada başlayan Suriya-Türkiyə münasibətlərinin normallaşmasına diqqəti artıracaqlar.

Tərəflər həmçinin Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərini ətraflı şəkildə müzakirə etməyi planlaşdırırlar.

Danışıqlar zamanı nazirlər həmçinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin və enerji sektorunda əməkdaşlığın qurulması yollarını nəzərdən keçirəcəklər. Akkuyu AES-in tikintisi və “Türk axını” qaz kəmərinin istismarı kimi strateji layihələrdə birgə işlərə toxunulacaq. Bu il aprelin sonunda Akkuyu AES-in birinci enerji blokuna nüvə yanacağının təhvil verilməsi mərasimi planlaşdırılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678