Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğlu: “Azərbaycan bu təşkilata üzv olmaq istəyir”

51 Baxış

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “HaberTürk” kanalına müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq təşkilata üzv olmaq üçün müraciət edib.

8 müsəlman dövlətindən ibarət D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə qurulub. Təşkilatın üzvləri Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678