Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabah dördtərəfli Moskva görüşü olacaq

68 Baxış

“Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək”.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:

“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.

Akar terrorla mübarizənin davam etdiriləcəyini və Türkiyənin suriyalıların təhlükəsizlik qayğılarını nəzərə aldığını söyləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678