Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski Şarl Mişelə zəng etdi: “Bu, Ukraynaya zərbədir”

51 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat verib.

Prezident bildirib ki, bəzi qonşu dövlətlərin Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər.

“Avropa İttifaqı ilə ticarətin süni və qeyri-qanuni məhdudlaşdırılması Rusiyanın təcavüzünə həm iqtisadi, həm də siyasi müqavimət göstərən Ukraynaya zərbə vurur”, – Zelenski qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678