Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millət vəkili metroda kitab oxudu

58 Baxış

“Hər yerdə kitab” devizi ilə maarifləndirici aksiyaya start verilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün bir qrup gənclə birlikdə Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər “Hər yerdə kitab” devizi ilə maarifləndirici aksiyaya start verdik. Aksiya çərçivəsində tələbələr elmi, bədii və publisistik kitablar oxudular.

Aksiyanın keçirilməsində məqsəd insanları oxumağa və mütaliəyə təşviq etmək, onları “Kitab oxumaq üçün vaxtım yoxdur” düşüncəsindən uzaqlaşdırmaqdır”, – deputat bildirib.

Ceyhun Məmmədov məkan olaraq niyə metronun seçilməsinə də aydınlıq gətirib:

“Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür”.

Aksiyanın sonunda iştirakçılar oxuduqları kitabları təhlil ediblər və xatirə şəkli çəkdiriblər.

Hər kəs oxuduğu kitabla şəkil çəkdirərək aksiyaya qoşula bilər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678