Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülh yox, çərçivə sazişi olacaq: Qarabağ isə bitdi – De Vaal

52 Baxış

Hələlik söhbət ikitərəfli sazişlərdən gedir, bu, sülh sazişi deyil, çərçivə sazişidir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən deyib.

“Bu, iki liderin ümumi prinsiplər əsasında imzalaya biləcəyi qısa sənəddir, Qarabağ ermənilərinin gələcəyi məsələsi burada yer almayacaq”, – o əlavə edib.

De Vaal bildirib ki, bu sənəddə Naxçıvana yol da əksini tapmayacaq:

“Söhbət texniki sənəddən gedir, ciddi sülhdən yox”.

Sülh müqaviləsinin beynəlxalq təminatlarına gəlincə, onun fikrincə, NATO və ya BMT-dən sülhməramlıların yerləşdirilməsinə ümid etmək olmaz:

“Bakı Qarabağda hansısa yeni beynəlxalq mövcudluq ideyasını qəti şəkildə rədd edir. Rusiya missiyası, yəqin ki, 2025-ci ildə başa çatacaq. Lakin BMT-nin bu missiyanı təsdiq edən qətnaməsi yoxdur. Ümumi problem beynəlxalq çoxtərəfli təşkilatların nüfuzunun düşməsi və Qafqazda regional güclərin – yəni Rusiya, Türkiyə, qismən İran, qismən də Avropa Birliyinin güclənməsidir. Mən BMT-nin qətnaməsi kimi çoxtərəfli yanaşma görmək istərdim. Bu, daha ciddi olardı”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678