Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsidir”

43 Baxış

“Bütün həmkarlarımdan və dostlarımdan nə olursa olsun, nəticələr rəsmiləşənə qədər seçki qutularının yanında qalmalarını xahiş edirəm”.

Turanmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb.

“Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti davam edən səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”, – deyə Ərdoğan qeyd edib


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678