Azərbaycan və Aİ yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılması niyyətindədir
10 Baxış

Azərbaycan və Aİ yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılması niyyətindədir.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borelin görüşü zamanı tərəflər həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.