Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Bütün dünyaya şad xəbər vermək istəyirəm”

57 Baxış

Qara dəniz Taxıl sazişinin müddəti daha 2 ay uzadılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb:

“Bütün dünyaya şad xəbər vermək istəyirəm.Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın köməyi ilə Qara dəniz Taxil koridoru sazişinin 2 ay daha uzadılmasına qərar verilib.
Bütün dünyaya xeyirli olsun. Razılaşmanın bütün şərtləri yerinə yetirilərək bundan sonrakı mərhələdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik”.

Türkiyə Prezidenti razılaşmanın uzadılmasına görə Rusiya və Ukrayna prezidentlərinə, həmçinin BMT-nin baş katibi Antonio Quterreşə təşəkkürünü bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678