Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan şərtini açıqladı: “O zaman problemlərin 90%-i həllini tapacaq”

68 Baxış

KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir, çünki təşkilat Ermənistanın sərhədlərini müəyyən etməyib.

Turanmedia.az xəbər verir ki, Tns “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“KTMT bunu konkret olaraq vurğulayanda, o zaman problemlərin 90%-i həllini tapacaq. Bu, fundamental məsələdir”, – baş nazir deyib.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan Qərbdən Rusiya ilə münasibətlərin pisləşməsinə ehtiyac olduğuna dair siqnallar almır və bundan sonra da almayacağına əmindir:

“Siqnallar ikitərəfli əlaqələr və ya onların inkişafı ilə bağlı ola bilər. Rusiya Federasiyasına gəlincə, biz rusiyalı həmkarlarımızla ikitərəfli münasibətlərimizi kifayət qədər şəffaf müzakirə edirik və bu müzakirələrdə qaranlıq nöqtələr yoxdur”.

Xatırladaq ki, aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə Ermənistanın KTMT missiyasını qəbul etməyə hazır olduğunu, bu istiqamətdə müzakirələrin davam etdiyini bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678