Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan xalqa müraciət edib: “Bu suallara səmimi cavab verməyinizi xahiş edirəm”

45 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə vətəndaşlara müraciət edib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, o, “Twitter”də seçicilərə etdiyi müraciətində bəzi məsələlərə aydınlıq gətirib.

Türkiyə lideri mayın 28-də səs verəcək vətəndaşlara bir neçə sual ünvanlayıb. O, seçicilərdən bu suallara səmimi cavab vermələrini xahiş edib:

“Seçkilərdən əvvəl zəlzələdən zərər çəkənlərə pulsuz ev vəd edib, sonra onları qonaq olduqları yerlərdən çıxarmağa çalışanlara etibar etmək olarmı? Bürokratik və siyasi həyatında ölkəyə heç bir xeyri olmayan bir şəxsdən bu millətə nə fayda gələ bilər? 17-25 dekabrda çevriliş cəhdində FETO-çularla əməkdaşlıq etdiyini şəxsən öz dili ilə etiraf edən birinə inanmaq olarmı? Rəqiblərini gözdən salmaq üçün şantaj, təhdid, təzyiq və kaset kimi hər yolu məqbul hesab edənlərin siyasi əxlaqına güvənmək olarmı?”.

R.T.Ərdoğan bildirib ki, dünən “ağ” dediyinə bu gün “qara” deyən, dünən söylədiyini bu gün inkar edənlərə inanmaq olmaz və bu cür şəxsə övladların gələcəyini əmanət etmək olmaz:

“Millətimiz mayın 14-də Milli Məclisdəki çoxluğu 323 deputatla “Cümhur İttifaqı”na verərək iradəsini bəyan etdi. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız şəxsimizə ehtiram göstərdi. İnşallah, mayın 28-ni əziz millətimizin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu ilə başa vuracağıq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678