Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsrail Prezidentinin Azərbaycana səfəri, İbrahim Rəisinin gecikmiş məktubu

46 Baxış

Günlərdir ki, dünya liderləri Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edirlər. Son vaxtlar münasibətlərin gərginləşdiyi İran Prezidenti isə Müstəqillik Günü ərəfəsində dövlətimizin başçısını təbrik etməmişdi. Nəhayət, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İbrahim Rəisi məktubunda bildirib ki, İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir.

“Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq, ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq”, – İran Prezidentinin məktubunda qeyd olunub.

İbrahim Rəisi Allah Taaladan Prezident İlham Əliyevə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalığı və xoş günlər arzulayıb.

Azərbaycanın Müstəqillik Günü mayın 28-də qeyd olunur. Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Qonşu ölkə olan İranın Müstəqillik Günündən iki gün sonra, məhz mayın 30-da təbrik məktubu göndərməsi diqqəti cəlb edir. İsrail Prezidentinin Azərbaycana səfəri günündə İran dövlət başçısının Azərbaycan Prezidentini təbrik etməsi də xüsusilə maraqlıdır. Görünür, İran bu mövqeyi ilə Azərbaycanı özündən daha da uzaqlaşdırdığının fərqinə varıb. Deyəsən, molla rejimi yavaş-yavaş yola gəlir.  / Tns.az /


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678