Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ayxan Hacızadə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasına münasibət bildirib

43 Baxış

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib.

“Ümid edirik ki, bu görüş yaxın vaxtlarda baş tutacaq”, – o əlavə edib.

A.Hacızadə qeyd edib ki, bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678