Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

41 Baxış

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Turanmedia.az-ın məlumatına görə, TNS “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Blinken Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna Taxıl Sazişini müzakirə ediblər.

Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678