Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Əl-Əqsanın statusuna xələl gətirə biləcək addımlara qarşıyıq”

42 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qurban bayramının bütün Fələstin xalqı və İslam Dünyası üçün xeyirli olmasını arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində baş verən son hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Bundan əlavə, Türkiyə lideri ölkəsinin Əl-Əqsa məscidinin statusuna xələl gətirə biləcək addımlara qarşı olacağını və Fələstin xalqının davasına dəstəyini davam etdirəcəyini bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678