Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndidə Azərbaycanla danışıqlarda olan “general” niyə həbs olundu?

46 Baxış

Brüsseldə Azərbaycan- Ermənistan danışıqlarının növbəti raundu başlamazdan əvvəl Kremlin və İrəvanın himayəsi ilə Xankəndidə məskunlaşan qanqsterlər “ümumxalq mitinqi” təşkil etmək qərarına gəliblər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bununla danışıqlar prosesinə təzyiq göstərməyə, onun ətrafında mənfi fon yaratmağa çalışırlar.

Paralel olaraq, “etibarsızların” təmizlənməsi – hərbi cinayətkar “sabiq təhlükəsizlik şurasının sədri” Vitali Balasanyanın həbsi və döyülməsi gedir.

O, 2022-ci ilin dekabr ayına qədər qondarma rejimin əlaqələndiricisi olub, sülhməramlıların komandiri ilə Azərbaycan tərəfi arasında görüşlərdə iştirak edib. Xankəndidəki mitinqdən bir neçə saat əvvəl Balasanyanın alçaldıcı şəkildə saxlanması quldur hökumətin 44 günlük müharibənin nəticələrini tanımaqdan imtina etdiyini və Azərbaycanın inteqrasiya tələbinə tabe olmaq niyyətində olmadığının növbəti göstəricisidir.

Ermənilər yazır ki, Balasanyan əlləri burularaq, “maska nümayişi” ilə, hətta evdə 40 dəqiqəlik axtarışdan sonra saxlanılıb.

Deyəsən, “ümumxalq mitinqi” keçirməyə hazırlaşan Nersisyan Balasanyanın “çevriliş” hazırladığını bəyan edəcək. Nə üçün? Təbii ki, “Qarabağı Azərbaycana təslim etmək” niyyətində olduğunu deməklə.

Çoxları Balasanyanı Azərbaycan hüquq müstəvisinə tədricən reinteqrasiyası baxımından Bakı ilə tam adekvat danışıqçıya çevrilə biləcək personaj hesab edir.

Quldur rejimin liderləri bununla öz “güc”lərinə real iddialı sayılan istənilən rəqibi təmizləyirlər.

Maraqlıdır ki, gecə əməliyyatından dərhal sonra Kreml missioneri Ruben Vardanyan sosial şəbəkə vasitəsilə Qarabağ ermənilərini “ümumxalq mitinqi”nə çağırıb.

Bu, qarışıqlığın arxasında Rusiyanın dayandıması versiyasını qüvvətləndirir. Əlbəttə, Qarabağda baş verən təxribat hallarının komandasının Kreml tərəfdən gəldiyinə artıq şübhə yeri qalmayıb. Əvvəllər açıq şəkildə görünməsə də, indi baş verənlərdə kimlərin barmağı olduğu rahatlıqla sezilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678