Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arutyunyan İrəvana qarşı: Ermənistana “meydan oxuyur”

39 Baxış

Rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan Xankəndidəki xarici güclərin diktəsi ilə fəlaiyyət göstərən cinayətkar xunta, hətta Ermənistan rəhbərliyinin sülh gündəliyinə meydan oxumaqdadır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, cinayətkar xuntanın başçısı Arayik Arutyunyan bu gün verdiyi açıqlamada Ermənistan hakimiyyətini Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlarında diqqətli olmağa çağıraraq, guya “özmüqəddəratını təyinetmə” uğrunda mübarizə aparacağını deyib.

Cinayətkar xuntanın başçısı Arutyunyan sərsəm və cəfəng fikirlərini davam etdirərək deyib ki, guya “heç bir ölkə bizi öz müqəddəratını təyinetmə hüququndan məhrum edə bilməz və mən Ermənistan hakimiyyətini bəyanatlarında daha diqqətli olmağa çağırıram”.

O eyni zamanda Azərbaycanın Bakıdan Bərdə-Ağdam yolu ilə ərzaq çatdırmaq təklifinə də qarşı çıxıb. Hətta utanmazcasına deyib ki, guya Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlıları ərzaq təminatında çətinlik çəkdiyindən onların “cüzi ərzaq ehtiyatlarına” göz dikib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678