Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib

120 Baxış

Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib.

Turanmedia.az xəbər verir ki,  “22 İyul Milli Mətbuat və Jurnalistika Günü”münasibəti ilə , Mingəçevir Gənclər Evində mətbuat sahəsində öz töhfəsini vermiş jurnalistlərlə, online media sahəsində, media təşkilatçıları arasında görüş təşkil olundu.

Görüşü gənclər təşkil etmişdir. Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov daim gənclərə dəstək olduqlarını, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirilməsindən, gənclərin gələcək planları ilə bağlı qarşılıqlı fikir mübadiləsi apardıqlarını bildirib.

Mingəçevirdə fəaliyyət göstərən mətbuat nümayəndələri ilə keçirilən görüşdə gənclərin fəaliyyəti, onların mətbuata münasibəti, mətbuat nümayəndələrinin gənclərdən gözləntisi və gənclərə onların verə biləcəyi töhfələr müzakirə olunub. Görüşdə yerli media nümayəndələri gənclərə milli mətbuatımızın yaranması, keçdiyi çətin və keşməkeşli inkişaf yolu ilə bağlı məlumat veriblər. Media nümayəndələri gənclərə öz dəyərli fikirlərini çatdırıblar və qeyd ediblər ki, müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Buna görədə jurnalist informasiyanı xalqa və dünyaya düzgün,qərəzsiz çatdırmalı cəmiyyətdə çaşqınlıq yaratmamalıdır.

Gənclərin sualların cavablandıran qonaqlar jurnalist olmaq istəyən və bu sahəyə yeni başlayan gənclərə öz tövsiyələrini veriblər. Jurnalistlər onları hər zaman operativ olmağa, dürüst və qərəzsiz mövqe nümayiş etdirməyə çağırıblar.

Tədbir müxtəlif mövzuların sosial mediada işıqlandırılmasının müzakirəsi ilə başa çatıb.

Mətbuat nümayəndələri region gənclərinin fəaliyyətinin işıqlandırılmasında göstərdiyi dəstəyə görə təltif olunublar.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678