Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçatryanın həbsi başlanğıcdır – Bakının əlində siyahı var, onlar xüsusi əməliyyatla zərərsizləşdirilə bilər

31 Baxış

Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan Xocalı qatili Vaqif Xaçatryan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımlarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Xocalının Meşəbəyli kəndində 1991-ci ildə mülki azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın Laçın sərhəd-buraxılış məntəqəsində yaxalanması və Bakıya gətirilməsi barədə qeyd ediib.

O bildirib ki, Xaçatryanın həbs edilməsi Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər:

“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək istəsə, həbs olunacaqlar, Xaçatryan həbs olunduğu kimi.

Soyqırım aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678