Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Zəngəzur dəhlizi dərhal açılmalıdır”

44 Baxış

Zəngəzur dəhlizi dərhal açılmalıdır.

Turanmedia.az-ın məlumatına görə, Tns “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Türkiyə-Azərbaycan ticarət həcminin 15 milyard dollara çatdırılması üçün səylərin davam etdirildiyini bildirən Prezident Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib.

Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan dövlət başçısı bu yollardan daha səmərəli istifadənin vacibliyini xüsusi qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678