Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvadan Bakı və İrəvana: Sülhə tələsməyin! – Video

39 Baxış

Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına tələsməməlidir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək:

“Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir:

“Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678