Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Meral Akşenerdən şok qərar: İttifaqdan ayrıldı

31 Baxış

Türkiyədə Meral Akşenerin lideri olduğu İyi Partiya müxalifətin “Millət ittifaqı”ndan ayrılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə partiya açıqlama yayıb. Akşener bu gün mitinqdəki çıxışında ayrılmaq qərarının səbəblərini açıqlayıb.

Partiya sədri bildirib ki, o, prezident seçkisində qələbə qazana biləcək iki namizəddən – İstanbul və Ankara Böyük şəhər bələdiyyə başqanlarından birinin dəstəklənməsini vacib saysa da, ittifaqdakı digər liderlər CHP lideri Kamal Kılıçdaroğlunun üzərində durublar. Akşenerin fikrincə, İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaş asanlıqla Rəcəb Tayyib Ərdoğanı məğlub edə bilərdilər.

“Ancaq Kamal Kılıçdaroğlu güclü namizədlərin qarşısını aldı”, – o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678